“Qarabağ”la oyunlara qeyri-ciddi yanaşmaq fikrimiz yoxdur”
Fransanın “Olimpik” (Marsel) komandasının baş məşqçisi Xorxe Sampaoli Avropa Konfrans Liqasının pley-off mərhələsində qarşılaşacaqları “Qarabağ”la oyunlar barədə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, argentinalı mütəxəssis Fransa çempionatında ilk pillələr uğrunda mübarizə aparmalarına baxmayaraq, Konfrans Liqasına da ciddi yanaşdıqlarını söyləyib:
“Mövsümə yaxşı başladıq, həm Liqa1-də, həm də avrokuboklarda iddiamızı davam etdiririk. Konfrans Liqası bu ildən yaradılmasına baxmayaraq, yüksək səviyyəli komandalar burada çıxış edir. Bu turnirə qeyri-ciddi yanaşmaq fikrimiz yoxdur. Bu, eyni zamanda Avropa arenasında böyük klublarla qarşılaşmaq üçün fürsətdir. Hədəfimiz Konfrans Liqasını qazanmaq, bunu azarkeşlərə hədiyyə etməkdir”.
Fransa təmsilçisi ilə “Qarabağ” arasındakı ilk oyun gələn il fevralın 17-də Marseldə, cavab görüşü isə 24-də Bakıda baş tutacaq.
Bizi Facebook-da izləyin