“Qarabağ”la oyundan əvvəl “Rakuv”da itki
Polşa “Rakuv”unun futbolçusu Milan Rundiç UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Qarabağ”la ilk oyununu buraxacaq.
Komanda.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi David Şvarqa məlumat verib.
Onun dediyinə görə, serbiyalı mərkəz müdafiəçisi hazırda zədədən əziyyət çəkir. Bu səbəbdən, 31 yaşlı futbolçu “Miejski” stadionundakı matçda iştirak edə bilməyəcək.
İyulun 26-da keçiriləcək “Rakuv” – “Qarabağ” oyunu saat 22:15-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin