“Qarabağ”la oyundan sonra toparlanmağa çalışdıq”
Fransanın “Nant” komandasının yarımmüdafiəçisi Andrey Cirotto Liqa 1-in 8-ci turu çərçivəsində “Lans”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan bu komandanın 30 yaşlı futbolçusu qolsuz heç-heçə ilə bağlı bunları söyləyib:
“Vacib xal qazandıq. “Qarabağ”la matçdan sonra toparlanmağa çalışdıq. Amma qol şanslarından istifadə edə bilmədik. Artıq irəli baxmaq lazımdır. Hər iki kollektiv yaxşı oynadı. Evdə qalib gəlmək istəyirdik. Bu komandaya qarşı bir xal qazanmaq yaxşı nəticədir”.
“Qarabağ” qrup mərhələsinin 2-ci turunda Bakıda “Nant”ı 3:0 hesabı ilə məğlub edib. Komandalar arasında 5-ci tur çərçivəsində baş tutacaq ikinci oyun oktyabrın 27-də Fransada keçiriləcək.
Bizi Facebook-da izləyin