“Qarabağ”la oyunda yaxşı nəticə qazanmaq istəyirik”

Kiprin “Omoniya” komandasının kapitanı Xordi Qomes Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bu gün keçirilən mətbuat konfransında bunları söyləyib:

“Bizim üçün vacib oyundur. Amma sabahkı görüşü kritik adlandırmazdım. Yaxşı nəticə qazanmaq istəyirik. Əvvəlki iki mövsümdən sonra tələblər böyüyüb. Uğur qazandıqca, hədəflərin böyüməsi normaldır. Çempionatda cəmi 3 oyun keçirdikdən sonra qrup matçına çıxdıq. Buna baxmayaraq, qarşıdakı oyunda komandamıza inanıram”.

Qeyd edək ki, sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda baş tutacaq “Omoniya” – “Qarabağ” matçına Bakı vaxtı ilə 23:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button