“Qarabağ”la oyunda yaxşı keyfiyyət nümayiş etdirdik”
“Omoniya”nın baş məşqçisi Henninq Berq Kipr çempionatının 11-ci turunda APOEL-lə keçiriləcək oyundan əvvəl mətbuat konfransında iştirak edib.
Komanda.az Kipr mətbuatına istinadən xəbər verir ki, norveçli mütəxəssis, Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ”la Bakıda keçirdikləri oyunla bağlı da fikirlərini bildirib:
“Qarabağ”la oyunda yaxşı keyfiyyət nümayiş etdirdik, nizam-intizamımız, işimiz uğurlu idi. Rəqibimizlə rəqabət apardıq. Heç-heçə bizim üçün qazancdır. Düzdür, qalib gələ bilərdik, uduzmağımız da mümkün idi. Əsas odur ki, bizim üçün yaxşı oyun oldu”.
“Qarabağ” – “Omoniya” oyunu 2:2 hesabı ilə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin