“Qarabağ”la oyunda müsbət nəticə qazanacağımıza ümid edirəm” – “Legiya”nın futbolçusu
UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq “Legiya”nın futbolçusu Joze Konte açıqlama verib.
Komanda.az xəbər verir ki, turnirin 3-cü təsnifat mərhələsində “Drita”ya (Kosovo) 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra danışan futbolçu, Ağdam təmsilçisi ilə oyuna yaxşı hazırlaşacaqlarını bildirib:
“Qələbə qazana bildik, ən vacibi budur. Növbəti mərhələyə yüksəldik və indi pley-off oyununa hazırlaşmalıyıq. Əla oyun göstərmədik. “Qarabağ”la oyundan əvvəl daha çox hazırlaşmalıyıq. Hazırlaşmaq üçün bir həftəmiz var və sabahdan “Qarabağ”la oyun üçün başlayacağıq. “Qarabağ”la oyunda müsbət nəticə qazanacağımıza ümid edirəm”.
“Legiya” – “Qarabağ” oyunu oktyabrın 1-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin