“Qarabağ”la oyunda harada səhv etdiyimizi bilirik” – “Nant”ın qapıçısı
“Bu matçlarda harada səhv etdiyimizi bilirik”.
Komanda.az xəbər verir ki, bu sözləri “Nant”ın qapıçısı Alban Lyafon Fransa Liqa 1-də “Loryan”a 2:3, UEFA Avropa Liqasının qrup mərhələsində isə “Qarabağ” 0:3 hesabı ilə uduzduqları oyunlar barədə danışarkən deyib.
O, hər iki qarşılaşmada çox qol buraxdıqlarını xatırladıb:
“Bu, müəyyən passivlikdən irəli gəlir. Müdafiədə bəzi aparıcı oyunçularımız yox idi. Hər şey ilk növbədə məndən başlayır. Müdafiə xəttinə daha çox kömək etməliyəm. Mövsüm yalnız ev matçlarından ibarət deyil. Səfərdə də qələbə qazanmağı bacarmalıyıq”.
“Qarabağ” qrupda növbəti oyununu oktyabrın 6-da Yunanıstanda “Olimpiakos”a qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin