“Qarabağ”la oyunda çox ağıllı olmalı və üzərimizə düşəni etməliyik”
İsrailin “Aşdod” komandasının baş məşqçisi Ran Ben Şimon Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“İlk oyunda yaxşı nəticə qazandıq. Həmin matçdan sonra həyəcanı hiss edirik. Bu, əyləncəli və xoş hissdir. Konfrans Liqasında mübarizəyə davam etsək, xoşbəxt olacağıq.
Keyfiyyətli rəqibə qarşı oynayacağıq. Çox ağıllı olmalı və üzərimizə düşəni etməliyik. Qarşımızda yaxşı komanda var. Azərbaycandakı görüşü unutmalıyıq. Bu qarşılaşma fərqli olacaq. Yaxşı və ağıllı oynamaq istəyirik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin