
“Qarabağ”la oyunda bizi döydülər”
“İlk hissədə yaxşı vəziyyətdə idik. Amma sonradan “pilləkən”dən aşağı endik və bizi döydülər”.
Komanda.az xəbər verir ki, bunu Fransanın “Nant” komandasının futbolçusu Samuel Mutussami “Qarabağ”a 0:3 hesabı ilə uduzduqları Avropa Liqasının qrup mərhələsinin 2-ci tur oyunu barədə klubun rəsmi saytına müsahibəsində deyib.
26 yaşlı futbolçu ikinci yarıda “Qarabağ”dan daha zəif oynadıqlarını etiraf edib:
“Oyunun intensivliyinə görə “Qarabağ” daha cəlbedici idi”.
“Qarabağ” qrupda növbəti oyununu oktyabrın 6-da Yunanıstanda “Olimpiakos”a qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin