“Qarabağ”la oyunda 3 xal qazanmaqdan başqa düşüncəmiz yoxdur”

Yunanıstanın “Olimpiakos” komandasının baş məşqçisi Miçel Qonsales Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Qarabağ”a qalib gəlmək istəyirik. Bunu bacara bilərik. 3 xal qazanmaqdan başqa düşüncəmiz yoxdur. Hansı komandanı təmsil etdiyimizi yaxşı bilirik. Mənim oyun fəlsəfəm ancaq qələbəyə hesablanıb. İlk addımı atmalıyıq”.

59 yaşlı baş məşqçi “Qarabağ”ın çox yaxşı komanda olduğunu bildirib: “Bəzi top komandalarla oyunlarda gözəl qələbələr qazanıb. İllərdir avrokubokların qrup mərhələsində çıxış edir. Rəqibə hörmətlə yanaşırıq”.

Sabah “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button