“Qarabağ”la oyuna yaxşı hazırlaşmışdıq”
Türkiyənin “Sivasspor” klubunun müdafiəçisi Uğur Çiftçi Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, 28 yaşlı futbolçu 3:2 hesabıyla qalib gəldikləri matçdan sonra yerli mətbuata açıqlamasında bunları söyləyib:
“Oyunun çətin keçəcəyini bilirdik, yaxşı hazırlaşmışdıq. Matçın gedişində sürəti artırdıq. İnşallah, qarşıdakı oyunlarda da qələbə qazanaraq yolumuza davam edərik. Çatışmazlıqlarımız var idi. Ancaq meydana çıxan futbolçular yüksək səviyyədə çıxış etdilər. Hazırda kollektivlə birgə olmayan komanda yoldaşlarımız da döndüyü zaman daha güclü olacağıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin