“Qarabağ”la oyuna hazır olması üçün Pyatsanı meydana buraxmadıq”
“Dinamo”nun (Zaqreb) futbolçusu Marko Pyatsanın yerli çempionatda “Şibenik”ə qarşı 3-cü tur oyununu buraxmasının səbəbi məlum olub.
Komanda.az xəbər verir ki, bu barədə Xorvatiya klubunun baş məşqçisi Sergey Yakiroviç oyundan sonra mətbuat konfransında açıqlama verib.
O, 29 yaşlı vingerin zədə səbəbindən meydana çıxmadığını söyləyib:
“Cümə axşamı dabanından xəsarət aldı. Ağrıları var idi. “Qarabağ”la oyuna hazır olması üçün risk etmədik”.
Oyun “Dinamo”nun 3:0 hesablı qələbəsi ilə başa çatıb. “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində bu komandaya qarşı ilk matçını avqustun 20-də səfərdə, cavab oyununu isə 28-də Bakıda keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin