“Qarabağ”la oyuna ciddi itki ilə çıxacaqlar
Fransanın “Nant” komandası Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəyi oyuna ciddi itki ilə çıxacaq.
Komanda.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Antuan Kombuare matçdan öncə təşkil olunan mətbuat konfransında açıqlama verib.
Onun sözlərinə görə, malili müdafiəçi Şarl Traore zədə səbəbindən bu görüşü buraxacaq.
Sabah keçiriləcək “Nant” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin