“Qarabağ”la oyun üçün səyahət çox çətindir” – “Nant”ın baş məşqçisi
“Qarabağ”la oyun üçün səyahət çox çətindir”.
Komanda.az xəbər verir ki, bunu “Nant”ın baş məşqçisi Antuan Kombuare “köhlən atlar”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci tur oyunu ilə bağlı klubun rəsmi saytına müsahibəsində deyib.
59 yaşlı baş məşqçi vaxt azlığından şikayətlənib:
“Bərpa və məşqlər üçün infrastruktur məsələləri var. Avrokubok matçından üç gün sonra çempionatda “Lans”la üz-üzə gələcəyik. Bakıdakı oyundan sonra və ya ertəsi gün Fransaya qayıdacağımızı hələlik bilmirik”.
Sentyabrın 15-də keçiriləcək “Nant” – “Qarabağ” oyunu saat 20:45-də başlayacaq. Bu gün Liqa 1-in 7-ci turunda “Loryan”ın qonağı olacaq “Nant” sentyabrın 18-də “Lans”ı qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin