“Qarabağ”la oyun istədiyimiz kimi alınmadı”

Kiprin “Omoniya” komandasının yarımmüdafiəçisi Şehu Abdullahi Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:4 hesabıyla uduzduqları matçdan sonra bunları söyləyib:

“Oyunda nəsə düzgün getmədi. Gələcəkdə daha yaxşısını etmək üçün bunun səbəbini araşdırmalıyıq. Oyun istədiyimiz kimi alınmadı. Bu, bizim günahımızdır. Belə qollar buraxmamalıyıq. Bu cür səhvlər yolverilməzdir. Çatışmazlıqları aradan qaldırmalıyıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button