“Qarabağ”la oyun bizim üçün çox vacibdir” – “Hakken”in futbolçusu
İsveçin “Hakken” klubunun futbolçusu Edvard Çilufya UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qarabağ”la keçiriləcək oyunla bağlı danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, zambiyalı yarımmüdafiəçi “Qarabağ”la matçın onlar üçün çox vacib olduğunu bildirib:
“Qarabağ”la oyun bizim üçün çox vacibdir. Çətin görüş olacaq. Amma komanda olaraq bu matça hazırıq. Qrupda ilk qələbəmizi qazanaraq, vəziyyəti düzəltməyə çalışacağıq”.
Oktyabrın 5-də “Ullevi” stadionunda keçiriləcək “Hakken” – “Qarabağ” matçı saat 23:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin