Ferdinand “Liverpul”u təkcə bir komandanın dayandıra biləcəyini düşünür

“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand İngiltərə Premyer Liqasının cari mövsümündə favoritlər barədə fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu mövsüm “Liverpul”a rəqib ola biləcək yeganə komandanın “Arsenal” olduğunu deyib:

“Bu mövsüm “Liverpul”a rəqib ola biləcək yeganə komanda “Arsenal”dır. Onların əla heyəti, uğurlu transferləri var. Viktor Qyokereş müntəzəm qol vurmağa başlasa, vəziyyətləri daha da yaxşı olacaq”.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button