“Qarabağ”la oynayacağımız üçün xoşbəxtəm” – “Frayburq”un baş məşqçisi

Almaniyanın “Frayburq” komandasının baş məşqçisi Kristian Ştrayx evdə “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının ilk tur oyunundan əvvəl mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, baş məşqçi, “Qarabağ”ın beynəlxalq təcrübəyə malik olduğunu deyib:

“Qarşımızda hər il Avropa Liqasında və ya Çempionlar Liqasında çıxış edən və beynəlxalq təcrübəyə malik komanda var. Son illər avrokuboklarda sabit çıxış edən komanda ilə oynayacağımız üçün xoşbəxtəm. Biz Bundesliqa oyunlarına da eyni ciddiyətlə yanaşırıq. Hər iki liqada inamlı çıxış etmək istəyirik”.

Sentyabrın 8-də “Europe Park” stadionunda keçiriləcək “Frayburq” – “Qarabağ” matçı saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button