“Qarabağ”la növbəti oyunda daha güclü olacağıq” – Regekampf
“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Premyer Liqanın 8-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:3 hesabıyla məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
– Bizim üçün üzücü nəticə oldu. İlk hissə yaxşı keçdi. Qol vurduq. Bəzi epizodlarda daha sürətli oynamalı idik. Lakin bunlardan yararlana bilmədik və “Qarabağ” önə keçdi.
Futbolçularım dərk etməlidir ki, futbol 90 dəqiqə oynanılır. İkinci hissədə çox səhvlər etdik. “Qarabağ”la ilk oyunumuz idi və məğlub olduq. Növbəti oyunda daha güclü olacağıq.
– İki əsas rəqibinizə – “Sabah” və “Qarabağ”a məğlub olduz. Bu rəqiblərlə oyunların ilk hissələrinə yaxşı başlasaz da, sonda xalsız qaldınız…
– Məncə, fərqli oyunlardır. “Sabah”la oyunda qapımıza 3 penalti təyin olundu. Bu gün isə eyni ssenari baş vermədi. Məncə, yaxşı oynadıq. Lakin hücumdan müdafiəyə tez qoşulmalıyıq. Keçidlərdən yaxşı istifadə edə bilmirdik. “Qarabağ” bunlardan istifadə etdi.
– Azərbaycan derbisinin özəlliyi nədir?
– Məncə siz nə etmək istədiyimizi gördünüz. İlk dəqiqələrdən istəyirdik ki, yaxşı oynayaq. “Qarabağ” geniş heyətə malik yaxşı komandadır. Biz bu oyundan dərs çıxarmalıyıq. Dərk etməliyik ki, oyun 90 dəqiqə oynanılır.
– “Neftçi” azarkeşləri “Qarabağ”a məğlub olduqda ikiqat üzülürlər. Bu oyundan o sonra onlara nə isə sözünüz var?
– Mənim üçün ikiqat üzücüdür. Biz qələbə üçün meydana çıxmışdıq. Düşünürəm ki, azarkeşlər bunu hiss etdi. Mən də onlar qədər üzülürəm. Onlara deyə bilərəm ki, növbəti oyunu gözləsinlər.
Mehri Qurban
Bizi Facebook-da izləyin