“Qarabağ”la matçda qol vuran oyunçu həftənin ən yaxşı futbolçusu ola bilər

UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci tur oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Komanda.az xəbər verir ki, bu ada İngiltərənin “Liverpul” klubundan Kodi Qakpo, Fransanın “Marsel” komandasından Pyer-Emerik Obameyanq, Almaniya təmsilçisi “Frayburq”dan Mixael Qreqoritş və Norveç “Molde”sindən Kristian Eriksen iddia edir.

Yarımmüdafiəçi Eriksen məhz “Qarabağ”la 2:2 hesablı heç-heçə etdikləri qarşılaşmada iki qolla yadda qalıb.

Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button