“Qarabağ”la matça çox yaxşı hazırlaşırıq” – “Kəpəz”in futbolçusu

“Kəpəz”in müdafiəçisi Vüsal Məsimov “Qarabağ”a qarşı keçiriləcək Azərbaycan Premyer Liqasının 20-ci turunun oyunu ilə bağlı klubun mətbuat xidmətinə açıqlama verib.

Komanda.az xəbər verir ki, 23 yaşlı futbolçu rəqiblərini Qəbələ şəhər stadionunda qəbul etmələrinə baxmayaraq, azarkeşlərin onlara dəstək verdiklərini bildirib:

“Qarabağ”la matça çox yaxşı hazırlaşırıq. Onlara öz gücümüzü göstərməyə çalışacağıq. Onların gücü hər kəsə bəllidir, çempionatda liderlik edirlər. Buna baxmayaraq, meydana xal qazanmaq üçün çıxacağıq. Düzdür, doğma divarlar arasında oynamayacağıq. Ancaq azarkeşlərimiz Qəbələdə də bizi tək qoymurlar. Xüsusən ev matçlarında maksimum xal toplamağa çalışacağıq”.

Vüsal Məsimov eyni stadionda “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub etdikləri 19-cu turun görüşünü də dəyərləndirib: 

“Ağır oyun olacağını bilirdik. Gözlədiyimiz kimi də keçdi. Çünki Qərb derbisi həmişə azarkeş və atmosfer baxımından ağır olur. Qələbə qazandığımız üçün çox sevincliyik”.

Yanvarın 27-də keçiriləcək “Kəpəz” – “Qarabağ” oyunu saat 15:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button