“Qarabağ”la matç tarixdə qalıb” – Çerçesov

Macarıstanın “Ferentsvaroş” komandasının baş məşqçisi Stanislav Çerçesov klubun rəsmi saytına müsahibə verib.

Komanda.az xəbər verir ki, 58 yaşlı mütəxəssis UEFA Çempionlar Liqasında mərhələ adlaya bilmədikləri üçün təəssüfləndiklərini bildirib:

“Amma irəli baxmalıyıq. Çünki qarşıda mühüm qarşılaşmalar var. “Qarabağ”la matç artıq tarixdə qalıb. “Fehervar”la çempionat görüşünə köklənmişik. Rəqibi analiz etmişik və oyuna tam hazırıq”.

Xatırladaq ki, ÇL-in 3-cü təsnifat mərhələsinin ilk matçında Bakıda rəqibi ilə 1:1 hesablı heç-heçə edən “Qarabağ” Budapeştdə “Ferentsvaroş”a qalib gəlib – 3:1. Azərbaycan çempionu pley-offda Çexiyanın “Viktoriya” (Plzen) komandası ilə görüşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button