“Qarabağ” Kadi üçün danışıqları yekunlaşdırmaq üzrədir

“Qarabağ”la “Krasnodar” arasında gedən danışıqlar son mərhələdədir.

Komanda.az xəbər verir ki, Kadi Borges böyük ehtimalla, ən qısa müddətdə Azərbaycana təşrif buyuracaq.

Braziliyalı vinger köhnə-yeni klubu ilə müqaviləyə imza atacaq və təlim-məşq toplanışının ilk mərhələsində iştirak edəcək. “Sambaçı”nın “köhlən atlar”la anlaşması 3 illik nəzərdə tutulub.

Rusiya klubu Azərbaycan çempionundan aldığı rəsmi təklifi dəyərləndirmək üzrədir. Yerli Premyer Liqa təmsilçisi braziliyalı futbolçunu müəyyən təzminat qarşılığında buraxmağa hazırdır. Həmin məbləğ isə 1-1,2 milyon avro civarındadır. “Krasnodar” 2023-cü ilin yanvarında 5 milyon avro qarşılığında sıralarına qatdığı yarımmüdafiəçinin son satış qiymətini bu qədər müəyyənləşdirib. Lakin “köhlən atlar” Kadinin dönüşünü daha aşağı rəqəmə gerçəkləşdirməyə çalışır.

Borges 2021-ci ilin yayından 2023-cü ilin yanvarına qədər “Qarabağ”da oynayıb. Onun Rusiya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər qüvvədədir.

O, son mövsümdə Rusiyadakı bütün turnirlərdə 33 oyun keçirib, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button