
“Qarabağ”la “Kəpəz”in oyunlarının yeri dəyişdirildi
AFFA Peşəkar Futbol Liqasına müraciət edib.
Komanda.az xəbər verir ki, bu barədə PFL-ni mətbuat xidməti məlumat yayıb.
Müraciət 15 mart 2025-ci ildə Tovuz şəhərində Azərbaycan futbolu adına bir sıra əhəmiyyətli tədbirlər keçiriləcəyi səbəbindən həmin gün Misli Premyer Liqasının 27-ci turu çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutmalı olan “Qarabağ” – “Kəpəz” matçının yerinin dəyişdirilməsi ilə bağlıdır.
PFL bu müraciəti və hər iki klubun razılıq məktubunu rəhbər tutaraq Misli Premyer Liqasının 2024-2025-ci illər mövsümünün təqviminə dəyişikliyin edilməsinə qərar verib.
Beləliklə, 27-ci turun Bakıda keçirilməli olan “Qarabağ” – “Kəpəz” matçı martın 15-də “Kəpəz” – “Qarabağ” oyunu olaraq Tovuz şəhər stadionunda təşkil ediləcək. Sözügedən matç saat 17:00-da start götürəcək.
Bizi Facebook-da izləyin