
“Qarabağ”la ilk matçdan sonra paltardəyişmə otağında hamımız qəzəbli idik”
“Ferentsvaroş” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə “Qarabağ”ın qonağı olacaq.
Komanda.az xəbər verir ki, Budapeşt təmsilçisinin hücumçusu Qruber Zombor matçdan əvvəl ölkəsinin mətbuatına açıqlama verib. 20 yaşlı futbolçu ilk oyunun istədikləri kimi keçmədiyini deyib:
“Etiraf etməliyik ki, ilk oyun planlaşdırdığımız kimi getmədi. İkinci hissədə ritmimizi itirdik və rəqibin bizdən üstün olmasına imkan verdik. Bu, asan vəziyyət deyil. Amma vəziyyəti dəyişmək üçün əlimizdən gələni edəcəyik. Hamımız Çempionlar Liqasının liqa mərhələsində oynamaq istəyirik. İlk matçdan sonra paltardəyişmə otağında hamımız qəzəbli idik. Çünki biz onları məğlub etmək üçün kifayət edəcək performansa qadir olduğumuzu hiss edirik. Bunu etmək üçün şanslarımızdan daha yaxşı istifadə etməliyik. Çempionlar Liqasının himnini ən azı 8 dəfə eşitmək istəyirik. 8 oyunun hamısında məğlubiyyət alacağımızı əvvəlcədən bilsəydim, yenə də Çempionlar Liqasında iştirak etməyi seçərdim”.
“Qarabağ” – “Ferentsvaroş” qarşılaşması saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda başlayacaq. İlk oyun Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bizi Facebook-da izləyin



