“Qarabağ”la hər 2 oyunu buraxacaq – Mərakeşli hücumçu

“Olimpiakos”un (Yunanıstan) futbolçusu Yussef Əl-Arabi UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı keçiriləcək hər iki oyunu buraxacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün tibbi müayinədən keçən mərakeşli hücumçunun durumunun ciddi olduğu məlum olub. Sağ dizinin yan bağlarında problem aşkarlanan 35 yaşlı futbolçu azı bir ay yaşıl meydanlardan kənarda qalacaq.

“Qarabağ” “Olimpiakos”a qarşı ilk oyununu oktyabrın 6-da Afinada, növbəti görüşünü bir həftə sonra Bakıda keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button