“Qarabağ”la heç-heçə ədalətli nəticədir”
Almaniyanın “Frayburq” komandasının hücumçusu Nils Petersen Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Bakıda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, 25-ci dəqiqədə hesabı açan 34 yaşlı hücumçu 1:1 hesabıyla bitən matçın çətin keçdiyini bildirib:
“Əslində hər şeyin belə olacağını əvvəldən bilirdik. Heyətimizdə xeyli rotasiya etmişdik. Bəlkə da oyundan öncə 1 xal qazanacağımızı desəydilər, dərhal razılaşardıq. Son dəqiqələrdə qol buraxmaq acı olur. Amma düzünü desək, rəqib layiqli oyun göstərdi və heç-heçə ədalətdli nəticədir”.
“Frayburq” qrup mərhələsini 14 xalla birinci, “Qarabağ” isə 8 xalla üçüncü sırada bitirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin