“Qarabağ”ın əsas gücü beş oyunçudur” – “Zirə”nin yunan futbolçusu
“Olimpiakos” son illərdəki kimi oyuna köklənə bilməsə, böyük problem yaşayacaq”.
Komanda.az xəbər verir ki, bunu “Zirə”nin yunanıstanlı futbolçusu Dmitrios Çantakias “gazzetta.gr” saytına Pirey təmsilçisinin “Qarabağ”a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin oyunları haqda danışarkən deyib.
O, “köhlən atlar”ın 6-7 üzvünün uzun illər birlikdə çıxış etdiyini yada salıb:
“Onların “silahlar”ı, əsas gücü beş oyunçudur. Bunlardan biri Marko Yankoviç vaxtilə “Olimpiakos”da çıxış edib.
Sağ cinah müdafiəçisi Marko Veşoviç təhlükə yarada bilir. Abdullah Zubirlə Kvabena Ovusu irəli xətdə təhlükəlidir və qollar vururlar. Filip Ozobiçi də bu siyahıya əlavə edirəm. Bu oyunçular xüsusi fərq yaradır. “Olimpiakos” bunu düzgün qiymətləndirməsə, problem yaşayacaq”.
“Qarabağ” “Olimpiakos”a qarşı ilk matçını oktyabrın 6-da səfərdə, növbəti oyunu isə bir həftə sonra Bakıda keçirəcək.
Bizi Facebook-da izləyin