Bədavi Hüseynovun durumuna aydınlıq gəldi
Azərbaycan milli komandasının heyətində zədələnmiş “Qarabağ”ın futbolçusu Bədavi Hüseynovun durumuna aydınlıq gəlib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, aparılmış MRT (Maqnit Rezonans Tomoqrafiya) müayinəsindən sonra futbolçuda 1-ci dərəcəli əzələ dartılması aşkarlanıb.
Müayinəyə əsasən, Bədavi Hüseynov 10-14 gün məşqlərdən kənarda qalacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin