“Qarabağ”ın zədəlisi məşqlərə başladı
“Qarabağ”ın zədəli futbolçusu Xayme Romero məşqlərə başlayıb.
Komanda.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, ispan yarımmüdafiəçinin məşqlərə başladığı bildirilib.
Bir müddətdir ki, zədədən əziyyət çəkən Romero, “Qarabağ”ın Premyer Liqadakı “Keşlə” və “Neftçi” ilə oyunlarını, eləcə də “Molde” ilə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin matçını buraxmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin