
“Qarabağ”ın yoxlama oyununun başlama vaxtı açıqlanıb
“Qarabağ” və “Zirə” arasında keçiriləcək yoxlama oyununun başlama saatı açıqlanıb.
Komanda.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yanvarın 12-də “Azərsun Arena”da təşkil olunacaq qarşılaşma saat 15:30-da start götürəcək.
“Qarabağ” ötən gün “Kəpəz”i 5:1, “Zirə” isə “Şamaxı”nı 3:1 hesabı ilə üstələyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin