“Qarabağ”ın yeni transferinə 1 dəqiqə bəs etdi
“Qarabağ”ın yeni transferi Maqaye Qeye Ağdam klubunda rəsmən debüt edib.
Komanda.az xəbər verir ki, Fransada anadan olan seneqallı futbolçu bu gün keçirilən UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin Kipr APOEL-i ilə səfər oyununda meydana çıxıb.
Baş məşqçi Qurban Qurbanov onu 1:0 hesabıyla qalib gəldikləri qarşılaşmanın 68-ci dəqiqəsində meydana buraxıb. Bundan 1 dəqiqə sonra isə Qeye Abdulla Zubirin məhsuldar ötürməsini qola çevirib.
Hazırda “Qarabağ” 2:0 hesabıyla öndədi.
Qeyd edək ki, Qeye Türkiyənin “Osmanlıspor” klubundan transfer olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin