
“Qarabağ”ın yeni transferi sabah ilk oyununa çıxa bilər
İspaniyalı futbolçu Joni Montiel “Qarabağ”da ilk oyununa çıxa bilər.
Komanda.az xəbər verir ki, futbolçu sabah Azərbaycan Premyer Liqasının 10-cu turunda keçiriləcək “İmişli” ilə oyunda iştirak edə bilər (“oxu.az”).
Bu il yay transfer pəncərəsində “Qarabağ”ın heyətinə qatdığı ispaniyalı hücumameyilli yarımmüdafiəçinin hazırlıq durumu baş məşqçi Qurban Qurbanovu qane etmədiyi üçün Montiel yeni klubunda debüt etməmişdi.
Montiel avqust ayında “Qarabağ”la 2+2 illik müqavilə imzalayıb. 26 yaşlı futbolçu “Rayo Valyekano” klubunun yetirməsidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



