“Qarabağ”ın yeni mövqeyi

“Qarabağ” UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubunu 4:0 hesabı ilə məğlub edib.

Komanda.az xəbər verir ki, bu qələbə sayəsində əmsal xalını 20,000-ə çatdıran Ağdam təmsilçisi Niderlandın “Feyenoord” və Rumıniyanın FKSB klubları ilə birlikdə 64-66-cı pillələri bölüşür.

Azərbaycanın digər klublarından “Qəbələ” 178, “Neftçi” 221, “Keşlə”, “Səbail”, “Zirə”, “Kəpəz” və “Sumqayıt” isə 312-ci pillələrdə qərarlaşıb.

427 klubun yer aldığı siyahıya “Bavariya” başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button