“Qarabağ”ın yeni mətbuat katibi bəlli oldu

“Qarabağ”ın yeni mətbuat katibinin kimliyinə aydınlıq gəlib.

Komanda.az-ın əldə etdiyi məlumata görə, bundan sonra Ağdam klubunda bu vəzifəni Gündüz Abbaszadə yerinə yetirəcək.

Nurlan İbrahimovun məlum səbəblərdən klubdan ayrılmasından sonra bu posta kimin təyin olunacağı maraqla gözlənilirdi. Klub rəhbərliyi son illərdə “CBC Sport” telekanalında çalışan Gündüz Abbaszadə ilə əməkdaşlığa qərar verib. Artıq tərəflər bütün məsələlərdə razılığa gəliblər. Təyinatın tezliklə rəsmən açıqlanması gözlənilir.

Abbaszadə əvvəllər “Neftçi” klubunun da mətbuat katibi olub.