Mahir Emreli “Legiya” üçün Polşaya yollandı
“Qarabağ”ın və Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli Polşaya yollanıb.
Komanda.az xəbər verir ki, 23 yaşlı futbolçu “Legiya” klubuna keçidini tamamlamaq üçün Varşava şəhərinə yollanıb. Emreli tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə rəsmi müqavilə imzalayacaq.
Mahirin “Qarabağ”la müqaviləsinin müddəti bitib. Hücumçunun “Legiya” ilə 3+1 illik müqavilə imzalayacağı gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin