
“Qarabağ”ın üzvləri “İmarət”ə baş çəkiblər
“Qarabağ”ın futbolçuları, məşqçi heyəti və rəsmiləri işğaldan azad olunmuş daha bir bölgəyə baş çəkiblər.
Komanda.az xəbər verir ki, klubun və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində növbəti görüş Ağdamda gerçəkləşib.
Yerli sakinlərlə görüşən “köhlən atlar” daha sonra “İmarət” kompleksində gedən işlərlə tanış olublar.
“Qarabağ” klubunun üzvləri bundan öncə Şuşada şəhər sakinləri, Şuşa 1 saylı tam orta məktəbin şagirdləri və Xankəndidə Qarabağ Univetsitetinin tələbələri ilə görüşüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



