“Qarabağ”ın uğurlarına sevinirəm, amma “Neftçi” mənə daha əzizdir” – VİDEO
Yunan-Roma güləşi üzrə üçqat dünya, ikiqat Avropa çempionu Eldəniz Əzizli futbolla bağlı fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, o, Peşəkar Futbol Liqasının mətbuat xidmətinə müsahibəsində futbola olan marağı barədə danışıb.
32 yaşlı güləşçi “Qarabağ”ın uğurlarına çox sevindiyini desə də, “Neftçi”nin onun üçün daha əziz olduğunu söyləyib.
O, həmçinin ilk beynəlxalq yarışa dayısı Şahin Diniyevin pulu ilə getdiyini də deyib.
Əzizli futbolçu olsaydı, İnyestanın, Xavinin mövqeyində oynamaq istədiyini də söyləyib.
“Güləşi seçməsəm, futbolu seçərdim” – deyə Əzizli vurğulayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin