“Qarabağ”ın UEFA ilə bağlı şikayətinə baxılacaq tarix məlum olub

“Qarabağ” klubunun UEFA-ya qarşı qaldırdığı iddiaya İdman Arbitraj Məhkəməsində (CAS) baxılacaq tarix məlum olub.

Komanda.az xəbər verir ki, məsələ ilə bağlı iclas avqustun 29-da keçiriləcək.

İkinci Qarabağ müharibəsi günlərində “Qarabağ”ın mətbuat xidmətinin o vaxtkı rəhbəri Nurlan İbrahimovun sosial şəbəkədə yazdığı statusuna görə UEFA Ağdam klubunu 100 min avro məbləğində cərimələmiş, İbrahimovun özünü isə ömürlük futbol fəaliyyətindən məhrum etmişdi.

“Qarabağ” qərardan şikayət versə də, Nurlan İbrahimovun cəzası qüvvədə qalıb. “Köhlən atlar” isə UEFA ilə bağlı etirazını CAS səviyyəsində gündəmə gətirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button