
“Qarabağ” üç futbolçusu ilə yollarını ayırdı – rəsmi
“Qarabağ” üç futbolçusu – Ailton Silva, Faysal Rerras və Vaqner da Silvayla yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər üç futbolçunun müddəti bitən müqaviləsi yenilənməyib.
Vaqner 2018-ci, Ailton və Rerras isə 2019-cu ilin yayından “Qarabağ”da idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin