“Qarabağ”ın U-11 komandası beynəlxalq turnirdə iştirak üçün Polşaya gedib

“Qarabağ”ın 11 yaşadək futbolçulardan ibarət komandası Polşaya yollanıb.

Komanda.az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, U-11 “Murapol Cup” turnirində iştirak edəcək.

Ənənəvi beynəlxalq turnirin oyunları mayın 23-25-də keçiriləcək.

Baş məşqçi Eldəniz Qiyasovun rəhbərlik etdiyi komandada 14 futbolçu yer alıb: Rza Tağızadə, Elman Aydınov, İbrahim Abuşov, Məzahir Məmmədov, Kamran Rzayev, Kərim Topçibaşev, Tamerlan Baytalov, David Pavlov, Bəxtiyar Əzimov, Şakir Muradov, Elcan Qubadlı, Nihad Hüseynli, Əli Mehdiyev, Yusif Cəbrayılsoy.

Turnirin püşkatma mərasimi sabah gerçəkləşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button