“Qarabağ”ın ən uğurlu seriyası

“Qarabağ” Misli Premyer Liqasında tarixinin ən uğurlu səfər seriyasına imza atıb.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda buna 12-ci turda “Şamaxı”nı 4:0 hesabı ilə məğlub etməklə nail olub.

Ölkə çempionu ardıcıl 10-cu səfər qələbəsini qazanıb.

Cari mövsümdə xal itirməyən Ağdam klubu rəqib meydanında 5 oyun keçirib. Şamaxıdakı matçadək “Qarabağ” səfərdə “Sumqayıt”ı 2:0, “Kəpəz”i 1:0, “Zirə”ni 7:1, “Qəbələ”ni 1:0 hesabı ilə üstələyib.

“Köhlən atlar” ötən çempionatın son beş səfərində də xal itkisi ilə üzləşməyib. Fevralın 28-də “Keşlə” (indiki “Şamaxı”) ilə qolsuz heç-heçə edən ağdamlılar ardınca “Sabah”ı 1:0, “Zirə” və “Sumqayıt”ı eyni – 3:0, “Qəbələ”ni 2:0, “Səbail”i 3:0 hesabı ilə yenib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button