“Qarabağ”ın səfər proqramı açıqlandı
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda “Sürix”lə qarşılaşacaq “Qarabağ”ın İsveçrəyə səfər proqramı açıqlanıb.
Komanda.az xəbər verir ki, “köhlən atlar” iyulun 27-də İsveçrəyə yollanacaq. Komandanı Sürixə aparacaq təyyarə saat 17:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.
İyulun 26-da Bakı vaxtı ilə saat 20:40-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, saat 21:00-da komandanın açıq məşqi olacaq.
İyulun 27-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. İlk matçda “Qarabağ” 3:2 hesabı ilə qalib gəlib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin