“Qarabağ”ın sabiq qapıçısı “Çelsi”ni tənqid etdi
“Qarabağ”ın və “Çelsi”nin sabiq qapıçısı Asmir Beqoviç hesab edir ki, London klubunun transfer siyasəti pisdir.
Komanda.az “Goal” nəşrinə istinadən xəbər verir ki, bosniyalı qolkiper London klubunda oyunçuların yarısını tanımadığını söyləyib:
“Siz Moyses Kaysedo üçün 115 milyon xərcləsəz, şübhəsiz ki, Deklan Rays (“Arsenal”) üçün 120 milyon ödəyə bilərsiz. Mən dəli kimi futbola baxıram və bu oyunçuların yarısını tanımıram. Mənim üçün bu qəribədir, çox qəribədir”.
36 yaşlı futbolçu 2015-2017-ci illərdə “Çelsi”də çıxış edib. O, 2019/20 mövsümünün ilk yarısını icarə əsasında “Qarabağ”da keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin