“Qarabağ”ın sabiq futbolçusu Ukraynada klubunu dəyişdi
“Qarabağ”ın sabiq qapıçısı Anton Kanibolotski Ukraynada klubunu dəyişib.
Komanda.az xəbər verir ki, 31 yaşlı qapıçı “Minay”a transfer olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kanibolotski yeni komandasında 32 nömrəli formada mübarizə aparacaq.
2017/18 mövsümünü “Qarabağ”da keçirən ukraynalı qapıçı son mövsümdə “Karpatı”da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin