“Qarabağ”ın sabiq məşqçisindən Azərbaycana dəstək: “Dualarımız qəbul olunacaq”
Azərbaycanda “Neftçi” və “Qarabağ”da məşçi kimi çalışan türkiyəli mütəxəssis Mehmet Ak cəbhədəki hadisələrlə bağlı paylaşım edib.
Komanda.az xəbər verir ki, 38 yaşlı mütəxəssis “facebook” hesabında bunları yazıb:
“Azərbaycanda 3 il fərqli komandalarda çalışmışam. Fərqli illərdə işğal altında olan torpaqlara yaxın ərazilərdə olmuşam. Kəndlərindən çıxarılmış insanların xatirələrini dinləmişəm. Bir çox insanın atasının, babasının qəhrəmanlıqlarından bəhs etdiyi döyüşlərdə onlarla günahsız insanın həyatını itirdiyi xatirələri dinlədim. Bir gün “Qarabağ”da işləyən zaman Müşfiq müəllimin ailəsinin məzarına qazılmış səngərlər arasından getdiyini öyrənəndə ona “inşallah, bu torpaqlar yenidən sizin olar” deyə, dua edib, dəstək olmağa çalışmışdım. İndi aradan çox vaxt keçib, ancaq dualarımız qəbul olunacaq. Azərbaycan xalqının və Azərbaycan ordusunun yanındayıq, bütün dualarımız sizinlədir”.
Mehmet Ak “Qarabağ” və “Neftçi” klubunda köməkçi-məşqçi kimi işləyib.
Bizi Facebook-da izləyin