“Qarabağ”ın sabiq legioneri məşqçiliyə başladı
“Qarabağ”ın sabiq futbolçusu Miçel Madera məşqçiliyə başlayıb.
Komanda.az xəbər verir ki, ispaniyalı veteran yarımmüdafiəçi ölkəsinin “Lenense” klubunda məşqçiliyə başlayıb.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Keçmiş futbolçu bu sahədə ilk addımlarını atasının prezident olduğu klubda atmağa qərar verib.
Miçel 2015-2020-ci illər aralığında “Qarabağ”ın formasını geyinib. O, Ağdam klubunda 159 oyuna 30 qol vurub. Yarımmüdafiəçi bu ilin martında, 36 yaşında karyerasını başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin