Sabiq futbolçusundan “Qarabağ”a dəstək
“Qarabağ”ın sabiq futbolçusu Yakub Jezniçak keçmiş komandasının bu gün “Neftçi”yə qarşı keçirəcəyi oyundan əvvəl paylaşım edib.
Komanda.az xəbər verir ki, Polşanın “Visla” (Plotsk) komandasında çıxış edən müdafiəçi, “instagram” hesabında “Qarabağ”la olan şəklini paylaşaraq, “köhlən atlar”a uğurlar arzulayıb. Jezniçak paylaşımında bunları qeyd edib:
“Bu gün böyük oyundur. Dostlarıma uğurlar”.
Jezniçak 2017-2019-cu illərdə “Qarabağ”da çıxış edib.
Premyer Liqanın 28-ci – sonuncu turu çərçivəsində bu gün keçiriləcək “Neftçi” – “Qarabağ” matçı saat 20:30-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin