“Qarabağ”ın sabiq futbolçusunun yeni klubu rəsmən açıqlandı
“Qarabağ”ın sabiq futbolçusu Asmir Beqoviçin yeni klubunun adına aydınlıq gəlib.
Komanda.az xəbər verir ki, iyunun 10-da “Everton”dan ayrılan bosniya və herseqovinalı qolkiper İngiltərənin KPR klubuna keçib.
Bu barədə Çempionşip təmsilçisinin rəsmi saytı məlumat yayıb. 36 yaşlı futbolçu ilə müqavilə 2023/2024 mövsümünün sonuna kimi nəzərdə tutulub.
Xatırladaq ki, Beqoviç 2019/2020 mövsümünün ilk yarısını “Qarabağ”da keçirib. O, Azərbaycan klubunun heyətində 17 rəsmi matçda meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin