“Qarabağ”ın sabiq futbolçusu Yaponiya klubunda

“Qarabağ”ın keçmiş futbolçusu Tarik Elyunussi karyerasını Yaponiyada davam etdirəcək.

Komanda.az Norveç mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi Yaponiyanın yüksək liqasında çıxış edən “Şonan Bellmar” klubu ilə razılıq əldə edib. Tərəflər arasında rəsmi müqaviləyə yaxın günlərdə imza atılacağı gözlənilir.

2017-ci ildə icarə əsasında “Olimpiakos”dan “Qarabağ”a transfer olunan futbolçu, Ağdam təmsilçisinin heyətində 4 oyun keçirmişdi. O, “Qarabağ”dan ayrıldıqdan sonra İsveçin AİK klubu ilə anlaşmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button